heyder

 

Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət, xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.

Heydər ƏLİYEV
Azərbaycan xalqının ümumilli lideri

Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası cəmiyyətdə iqtisadiyyatın infrastrukturu kimi öz fəaliyyəti ilə iqtisadi proseslərin informasiya təminatları ilə məşğul olmaqla onun inkişafında əhəmiyyətli rol oynayır. Sənaye və aqrar kompleksə xidmət edən müstəqil kitabxana şəbəkələrinin fəaliyyətinin səmərəliliyi özünü müvafiq istehsal sahələrinin inkişafında,orada çalışan əməkçilərin peşə səviyyəsinin yüksəldilməsində göstərir. Bundan başqa elmə, kadr hazırlığına xidmət edən kitabxanalarin fəalyyətinin nəticələri cəmiyyətin iqtisadi potensialının inkişafına müsbət təsirini göstərir. Məlumdur ki, kitabxanalar öz oxucularının mənəviyyatına,intellektual və peşə səviyyəsinə kitab və informasiya xidməti ilə səmərəli təsir göstərərək, onların fəaliyyətində yaradıcılıq ünsürlərinin formalaşmasına, alimlərin, mütəxəssislərin və sair informasiya istehlakçılarının zehni əmək potensialının zənginləşməsinə və bu potensialdan ictimai həyatda, o cümlədən istehsalatda səmərəli istifadə olunmasına kömək edir.

ELEKTRON KİTABXANA
İstifadəçi:
 
:
     
     

Online qeydiyyat!

Şifrəni unutmusunuz?

ARXİV
FAYDALI LİNKLƏR
[SWF]http://rektk.az/wp-content/uploads/2013/03/faydali_linkler.swf",250,60[/SWF]