HAQQIMIZDA

abzac

Bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artmasında,  aqrar siyasətin və kənd elminin təbliğində, elm və texnikanın inkişafında REKTK əvəzsiz rol oynayır.

abzac

Kitabxana Kənd Təsərrüfatı  Nazirliyinin tabeliyindədir.

abzac

REKTK-sı 1921-ci ildə Xalq Torpaq Komissarlığı  tərəfindən yaradılmışdır.

abzac

1923-cü il Aprelin 12-də XTK-nın 47/213 saylı əmri ilə rəsmiləşdirilmiş mərkəzi Kənd Təsərrüfatı Kitabxanası  kimi fəaliyyətə başlamışdır.

       1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Respublika  Kənd Təsərrüfatı Nazirliyi nəzdində Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası kimi öz fəaliyyətini davam etdirir. Bu gün REKTK Respublika Prezidentinin Fərman və Sərəncamlarını təbliğ edən, respublikanın nazirlik, şirkət, idarə və müəssisələri, elmi-tədqiqat və layihə institutlarının, elm və texnika, kənd təsərrüfatı sahəsində tədqiqat aparan ayrı-ayrı mütəxəssislərə, tələbələrə, aspirantlara və magistratura pilləsində təhsil alanlara məlumat-biblioqrafiya va kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur.

abzac

Kitabxananın fondu milli və xarici dillərdə olan kitab, jurnal, ensiklopediya, lüğətlər, avtoreferatlardan ibarət olmaqla 1005655 hesablanmışdır.Sahəvi aspektlər üzrə fondun tərkibi ictimai-siyasi, kənd təsərrüfatı və elmlər üzrə qarışıq ədəbiyyatlardan ibarətdir. Kitabxananın bir neçə fondu vardır:

abzac

Ümumi fond,depozitar mühafizə fondu,arxiv fondu,nadir nüsxələr fondu,mübadilə fondu.

Qeyd etmək lazımdır ki,məzmununa görə əsas fond bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəsilə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artmasında,aqrar siyasətin və kənd təsərrüfatı elminin təbliğində ,elm və texnikanın inkişafında əvəzsiz rol oynayır.

abzac

REKTK-da aşağıdakı növ kataloq və kartoteka var:

-əlifba kataloqu
-sistemli kataloq(xarici şöbədə əlifba və sistemli kataloq) mövzular üzrə kataloq,avtoreferatlar kataloqu, ”Yeni ədəbiyyat” kataloqu, nadir nüsxələr fondu üzrə kataloq, dövrü  nəşrlərin kartotekası, oxucu kartotekası.

abzac

Sistemli kataloqun əsas məqsədi ondan ibarətdir ki,burada bütün növ ədəbiyyatlar(dərsliklər,elmi işlər,monoqrafiyalar,toplular,avtoreferatlar,bpaşurlar,metodiki materialların təsvirləri,jurnalların analitik təsvirləri) elm sahələri üzrə əks olunur.

abzac

İl ərzində 12719-dan artıq oxucu kitabxananın xidmətindən istifadə etmişdir.Kitabxanaya oxucu gəlişi 127017, 644632 nüsxə ədəbiyyat verilişi qeydə alınmışdır.Eyni zamanda yeni jurnallara və kitablara tələbat artmaqdadır.

İl ərzində 32 sərgi keçirilmişdir və burada 595 nüsxə ədəbiyyat təqdim olunmuşdur.

40 biblioqrafik arayış hazırlanıb oxuculara çatdırılmışdır.Bu arayışlarda 1566 müxtəlif mənbə toplanıb,sistemləşdirilib oxucuların istifadəsinə verilmişdir.

abzac

REKTK-sı respublikanın bir sıra kitabxanaları ilə:

     M.F.Axundov adına Milli Kitabxanası,Azərbaycan Tibb Universitetinin Kitabxanası, M.Ə.Rəsulzadəadına Bakı Dövlət Universitetinin Kitabxanası, EA-nın Mərkəzi Elmi Kitabxanası, Respublika Elmi Pedaqoji Kitabxanası, Respublika Elmi Səhiyyə Kitabxanası və s. ilə sıx əlaqə qurmuşdur.

abzac

REKTK-sı Azərbaycan Respublikasında kənd təsərrüfatı kitabxanaları üzrə elmi metodiki mərkəz hesab olunur.Respublikanın ərazisində yerləşən 51 şəbəkə,39 filial kitabxanalarına mərkəzləşdirilmiş formada metodiki köməklik göstərir.Demək olar ki,bu filiallar Bakıda olmaqla  respublikamızın bütün rayonlarında təşkil edilmişdir.

abzac

REKTK-sı ənənəvi kitab təbliği və kitabxana biblioqrafiya xidmətlərindən əlavə xarici ölkələrin jurnallarını, dövrü və ardı davam edən nəşirləri, avtoreferatları, plakatları və digər sənədləri özündə əks etdirən, metodiki fəaliyyətlə məşğul olan böyük bir müəssisədir.

abzac

Kitabxanada fəaliyyət göstərən soraq-məlumat aparatı,kataloq və kartotekalar sistemi vasitəsilə kitabxana fondları haqqında operativ məlumat verilir.Müxtəlif ensiklopediyalar,lüğətlər,ünvan-soraq kitabları daim oxucuların istifadəsindədir.

abzac

Qabaqcıl kitabxana təcrübəsinin öyrənilməsi və yayılması metodik sənədlərin hazırlanması, kitabxana kadrlarının ixtisas səviyyəsinin yüksəldilməsi,seminar,praktikum və məsləhətlərin keçirilməsi.

abzac

REKTK-sı kitabxanalararası mübadilə yolu ilə MDB-nin k/t kitabxanalarının 47-si ilə kitab mübadiləsi aparır.Eyni zamanda Beynəlxalq kitab mübadiləsi yolu ilə Polşa,Koreya,Fransa,

Almaniya,Türkiyə və b. ölkələrin kitabxanaları ilə sıx əlaqə saxlayır.

abzac

REKTK M.Ə.Rəsulzadə adına BDU-nun kitabxanaçılıq fakultəsi tələbələrinin tədris-istehsalat bazası hesab olunur.

abzac

Respublikada həyata keçirilən aqrar islahatlara uyğun olaraq,aqrar sahədə aparılan elmi tədqiqat işlərinin istehsalatda tətbiq edilməsinin elmi-tədqiqat institutlarının, təcrübə sınaq təsərrüfatlarının və fermer təsərrüfatlarında işlərin səmərəliyini artirmaq məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə  9/doqquz/ müxtəlif regional elmi mərkəzlər yaradılıb./Quba, Salyan, Beyləqan, Kürdəmir, Tərtər, Lənkəran, Gəncə, Şəki və Naxçıvan REM/

abzac

REKTK işçiləri mütəmadi olaraq onun tabgeliyində olan filial,şəbəkə və RAEM-də lazımi informasiya və elmi metodiki köməklik göstərmək məqsədilə ezamiyyələrdə olurlar.Respublika daxilində və respublikadan kənarda mövcud olan lazımi informasiyaları və biblioqafik vəsaitlərin göndərilməsini təşkil edirlər

ELEKTRON KİTABXANA
İstifadəçi:
 
:
     
     

Online qeydiyyat!

Şifrəni unutmusunuz?

ARXİV
FAYDALI LİNKLƏR