Komplektləşmə, kitabiləşmə və kataloqlaşdırma şöbəsi

komplekt

Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasının əsas fondunu ictimai-siyasi, sosial iqtisadi, kənd təsərrüfatı və qarışıq mövzularda seçmə ədəbiyyat təşkil edir. Kənd təsərrüfatı kitabxanasının komplektləşdirmənin perspektiv mövzu planları əsas fondun inkişafının sənədidir.

Mövzu planları fondun planlı və sistemli şəkildə komplektləşdirməsini təmin edir. Belə planlar müəyyən dövr üçün nəzərdə tutulur.REKTK-da perspektiv mövzu planları 5 il müddətinə nəzərdə tutulur.Hal-hazırda 2010-2015-ci illər üçün tərtib olunmuş perspektiv mövzu planı qüvvədədir.Lazım olduqda bu planda əlavələr və  düzəlişlər edilir. Perspektiv mövzu planları əsasında cari (illik) planlar hazırlanır. Cari planlar  üç hissədən ibarətdir:komplektləşdirmədə kitabxananın vəzifəsi,fondun təkmilləşdirilməsi, fonddan ədəbiyyatın çıxarılması. Cari komplekləşdirmədə müxtəlif biblioqrafik vasitələrdən istifadə olunur:nəşriyyatların mövzu planları,kitab ticarəti bulletenləri, dövrü nəşrlərin kataloqu.

Komplektləşdirməyə qədərki komplektləşdirmə  cari komplektləşdirmə ilə eyni vaxtda aparılır. Keçmiş illərdə nəşr olunmuş,lakin kitabxana fonduna daxil olmamış nəzərdən qaçmış ədəbiyyatın müvafiq yollarla tapılıb fonda daxil olmasıdır.

REKTK-da fondun komplektləşdirməsinə kömək məqsədi ilə aşağıdakı kartotekalar tərtib  olunub.
1.Cari komplektləşmənin kartotekası
2.Komplektləşdirməyə qədərki komplektləşmənin kartotekası /retrospektiv kartoteka/
3.Vətən və beynəlxalq kitab mübadiləsi kartotekası
4.Məlumat kartotekası

REKTK-da olan vahid əlifba kataloqu  fondda olan ölkə,xarici nəşrləri,kitabları,ardı davam edən nəşrləri,dissertasiyaları,avtoreferatları,mikrofilmləri,audovizial özündə əks etdirir.

Əlifba kataloqunda işin məzmunu:
1.Əlifba kataloqunda  əlifba predmet göstəricisinin tərtibi
2.Yeni kitabların təsvir üzrə metodiki qərarın tərtib edilməsi
3.Əlifba kataloqu  üzrə planın redaktə  edilməsi
4.Əlifba kataloqundan silinmiş kitabların kartotekalarının çıxarılması
5.Əlifba kataloqu üçün ayrıcların yazılması
6.Azərbaycan dilinədə olan əlifba kataloqunun latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi
7.Kataloq qutularının tərtibi
8.Təsviri verilmiş yeni kitabların kartotekalarının çap etdirilməsi
9.Yeni kitabların əlifba kataloqu ilə yoxlanılması
10.Əlifba kataloqunda kartoçkaların düzülüşü.

REKTK-da olan sistemli kataloq fondda olan ölkə və xarici ədəbiyyatı özündə əks etdirir.Sistemli kataloq DYU-nin YOT-təsnifatının sxemi üzrə aparılır.Sistemli kataloqun məzmunu:

1.Silinmiş ədəbiyyatın kartoçkalarının sistemli kataloqdan  çıxarmaq və əmələ gələn problemlər üçün habelə UOT cədvəlində əlavə dəyişikliklərə müvafiq olaraq yeni rubrikalar artırmaq.
2.Sistemli kataloqun fondla tutuşdurulub yoxlanması
3.Sistemli kataloqda kartoçkaların düzülməsi
4.Sistemli karaloqun tərtibi və ayrıcların yazılması
5.Sahələr üzrə işçi sistemini tərtib etmək
6.Sistemli kataloq üçün tərtib edilmiş əlifba predmet göstəricisinin redaktəsi və əlavələr edilməsi

Kitabxanaya daxil olan ədəbiyyat  kitabxana qaydası ilə aşağıdakı proseslərdən keçir:
1.Ədəbiyyatın ümumi uçot və inventar kitabına qeyd olunması
2.Biblioqrafik təsvirin tərtib olunması
3.Sistemləşdirmə / predmetləşdirmə/
4.Texniki işləmə

 

 

ELEKTRON KİTABXANA
İstifadəçi:
 
:
     
     

Online qeydiyyat!

Şifrəni unutmusunuz?

ARXİV
FAYDALI LİNKLƏR
[SWF]http://rektk.az/wp-content/uploads/2013/03/faydali_linkler.swf",250,60[/SWF]