Məlumat-biblioqrafiya şöbəsi

SL270775

Biblioqrafiya kitab sərvətindən oxucuların maksimum dərəcədə istifadə etmələri məqsədi üçün onların tərkibinin və məzmununun aşkara çıxarılması ilə məşğul olur. Hər il ölkəmizdə kitab,jurnal,qəzet və s.nəşr olunur. Biblioqrafik vəsaitlərdən istifadə olunması və onların köməyi ilə lazımi kitabların,məqalələrin və digər materialların axtarılıb apılması elmi tədqiqatın ilk mərhələlərindən birini təşkil edir.

Soraq-məlumat biblioqrafiya şöbəsi geniş oxucu kütlələrinə elmi ədəbiyyat yenilikləri haqqında məlumat vermək funksiyalarını da yerinə yetirir. Biblioqrafik məlumat üçün dövrü mətbuatın bütün orqanlarından ,eyni zamanda jurnal və qəzet məqalələrindən istifadə olunur.

Şöbə oxucuların tələblərini ödəməkdə müxtəlif funksiyalar yerinə yetirir.
1.Çap əsərlərinin  tapılıb aşkara çıxarılması
2.Müəyyən dövr ərzində nəşr olunmuş ədəbiyyatın cəmləşdirilməsi.
3.Yeni nəşrlər haqqında məlumat,sərgilərin təşkili.
4.Çap əsərlərinin məzmununun şərh edilməsi,onların təbliği və tövsiyə olunması
5.Göstəricilərin hazırlanması
6.Məlumat-mütəxəssis günlərinin keçirilməsi
7.Oxucuların sorğularına cavab(yazılı,şifahi)
8.Jurnal və qəzet məqalələrinin ümumi kartotekası,mövzu  kartotekaları,   ölkəşünaslıq (diyarşünaslıq) kartotekası, biblioqrafik nəşrlərin kartotekası.

ELEKTRON KİTABXANA
İstifadəçi:
 
:
     
     

Online qeydiyyat!

Şifrəni unutmusunuz?

ARXİV
FAYDALI LİNKLƏR